waplog

«Qaynar.info» 5 yaşını qeyd etdi


Dünən «Qaynar.info» milli xəbər portalının 5 yaşı tamam oldu. «Qaynar.info»çular yubiley münasibəti ilə «Park Bulvar»da bir araya gəlib. Tədbiri portalın baş redaktoru Fərid Şahbazlı açaraq bildirib ki, rəhbərlik etdiyi sayt  2007-ci ildən fəaliyyətə başlayıb.

2009-cu ildə isə saytı gənclər idarə etməyə başlayıb: «Biz bu saytı yaratmaqla bir ilkin əsasını qoyduq. Göstərdik ki, Azərbaycanda tələbələr də sayt yarada bilər və ona rəhbərlik edərək cəmiyyətdə özlərinə yer edə bilərlər. Bizim bu addımımızdan sonra ölkədə bir neçə tələbə saytı, portallar yaradıldı və indi də uğurla fəaliyyət göstərməkdədirlər».

Bundan sonra yubileyə dəvət olunan qonaqlar  «Qaynar.info»çuları 5 illik yubileyi münasibəti təbrik etdilər.
Biz də "İCTnews" elektron xəbər xidməti olaraq həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL