waplog

Azərbaycanda dövlət qurumları yüzdən çox elektron xidmət göstərir


Bu gün Azərbaycanda dövlət qurumları artıq yüzdən çox elektron xidmət göstərir. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, bu rəqəm təqribən 8 dövlət  qurumunu əhatə edir. Nazir müavini bildirib ki, e-xidmətlərin sayı gündən-günə artmaqdadır.

E.Vəlizadə əlavə edib ki, vətəndaşların istər kompyuterlə, istərsə də mobil telefonlarla dövlət orqanlarına müraciət etməsini asanlaşdırmaq üçün artıq şlüz yaradılıb: «Eyni zamanda e-hökumətin formalaşdırılmasına ölkədə antikorrupsiya fəaliyyətinin tərkib hissəsi kimi baxılır.

Bu, dövlət qurumlarının şəffaflığının artırılmasına, onların səmərəliliyinin gücləndirilməsinə, üstəlik, məmur-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına xidmət edir.

Azərbaycan açıq hökumət üzrə əməkdaşlıq təşəbbüsünə də qoşulub. Bu, dünyada yeni vüsət alan təşəbbüsdür. Artıq bir çox dövlətlər bu təşəbbüsə qoşulub. Bununla da Azərbaycan bir sıra məsələləri qarşısına məqsəd kimi qoyub».

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL