waplog

Tünd şokolad ürək xəstəliklərinin inkişaf riskini aşağı salır


Tünd şokolad qanda qlükoza və "pis" xolesterinin səviyyəsinin aşağı   düşməsi sayəsində ürək xəstəliklərinin yaranması riskini azalda bilər. Bu barədə San-Dieqo (ABŞ) Universitetinin tədqiqat məlumatlarına istinadən “HealthDay” portalı yazıb.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, tünd şokoladda olan flavanol maddəsi antioksidləşdirici və sətəlcəmə qarşı kimi xüsusiyyətlərə malikdir.

Tədqiqatda iştirak edən 31 insanın hər biri hər gün tərkibində 70 faiz kakao olan 50 qram tünd şokolad və ya 0 faiz kakao olan 50 qram ağ şokolad yeyiblər. Alimlər tədqiqatdan əvvəl göstəriciləri, xüsusilə qan təzyiqini, piylənmə səviyyəsini və qanda olan qlükozanın səviyyəsini qeyd ediblər. Bu göstəricilər 15 gündən sonra yenidən yoxlanılıb.

Testlərin nəticəsinə əsasən, tünd şokolad yeyən şəxslərin qanında qlükozanın səviyyəsi aşağı və ağ şokolad yeyənlərlə müqayisədə “yaxşı” xolesterolun səviyyəsi yuxarı olub.

Ürək xəstəlikləri ilə mübarizədə tünd şokoladın faydasını təsdiq edən bu məlumatlara baxmayaraq, tədqiqatçılar qeyd ediblər ki, tünd şokoladdan çox istifadə etmək olmaz, çünki o, yüksək kalorilidir.
 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL