waplog

“Əqli mülkiyyət: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans işə başlayıb


Bu gün  bütün dünyada Beynəlxalq Əqli Mülkiyyət günü kimi qeyd edilir. Bu məqsədlə Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirin açılışında MHA-nın sədri Kamran İmanov və SMPDK aparatının rəhbəri Əbülfət İmanov çıxış ediblər.
Konfransda ”Əqli mülkiyyət və insan kapitalı”, “Əqli mülkiyyət: nəticələr, inkişaf meyilləri”, “Azərbaycanda əqli mülkiyyət hüquqları sistemində innovasiya və yaradıcılıq” mövzusunda məruzələr edilir, ekspertlərin çıxışları dinlənilir, məruzələr ətrafında müzakirələr aparılır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL