waplog

Bolqarıstanla Azərbaycan arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunmuşdur


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bolqarıstanın Nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvalyo Moskovski ilə görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da qlobal, regional və ölkə əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirmiş, Azərbaycan hökuməti tərəfindən irəli sürülən  "Trans- Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, ölkəmizdə kosmik sənayenin inkişafı, ölkə başçısının sərəncamı ilə bu yaxınlarda yaradılması  nəzərdə tutulan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi,  genişzolaqlı internet,  mobil sektorun inkişafı ilə bağlı məlumat vermişdir.

Qarşılıqlı fikir mübadiləsi zamanı bolqarıstanlı nazir ölkəsində rabitə və informasiya texnologiyaları sahəsində əldə edilmiş uğurlar, xüsusilə "Elektron hökumət" istiqamətində aparılan islahatlar barədə məlumat vermiş, cari ilin noyabrında Bakıda keçiriləcək "BakuTel 2012" beynəlxalq telekommunikasiya sərgisində Bolqarıstanın milli pavilyonla iştirak edəcəyini bildirmişdir.

Daha sonra,  iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində "Hökumətlərarası Saziş" layihəsinin  hazırlanması və sentyabr ayında komissiyanın növbəti iclasında müzakirəyə çıxarılması ilə bağlı razılıq əldə olunmuşdur.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL