waplog

Gənclər üçün Azərbaycan tarixini əks etdirən kompyuter oyunları hazırlanacaq


Müasir texnologiyalar vasitəsi ilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsinə virtual imkanların yaradılması məqsədilə Azərbaycan tarixini əks etdirən kompyuter oyunlarının hazırlanması nəzərdə tutulur.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2012-2015-ci illər ərzində reallaşdırılması nəzərdə tutulan bu tədbirin icrası Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.

Bundan başqa, vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması üçün vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması da planlaşdırılır.

2015-ci ilə qədər aparılacaq bu tədbirin icrası da Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyətlərinin üzərinə düşür.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL