waplog

“Bakcell” idmana dəstək verir


Ötən həftə Azərbaycan Milli Olimpiya Komitəsi Bərdə şəhər Gənclər və İdman İdarəsi, həmçinin yerli Təhsil şöbəsinin dəstəyi ilə Bərdə Olimpiya İdman Mərkəzində “İdman Qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!” layihəsi çərçivəsində növbəti oyun festivalını təşkil edib.

Layihənin tərəfdaşlarından biri “Bakcell” şirkətidir. Festivalın keçirilməsində əsas məqsəd olimpiya hərəkatı və olimpiya dəyərlərini təbliğ etmək, o cümlədən oyunların ruhlandırıcı gücündən istifadə etməklə insanları, xüsusilə qadın və qızları idman və bədən tərbiyəsindən kütləvi və mütəmadi istifadə etməyə həvəsləndirmək idi.

Festivalda Milli Olimpiya Komitəsinin, Bərdə şəhər Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və aidiyyəti digər idarələrin, həmçinin yerli şirkət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL