waplog

“Nvidia” şirkəti dünyada ən sürətli videokart təqdim edib


“Nvidia” şirkəti dünyada “GeForce GTX 690” adlı ən sürətli videokart təqdim edib.“GeForce GTX 690” videokartı 28 nanometr texnoloji proses üzrə hazırlanmış iki prosessorla təchiz edilib, alüminium çərçivəyə və korpusu yüksək istiliyə tab gətirmək üçün maqnezium ərintisindən hazırlanmış ventilyatora malikdir.

Videokart 3072 nüvədən ibarətdir və 512 bitlik interfeyslə 4 QB tutuma malik “GDDR5” videoyaddaşı ilə komplektləşdirilib.

Qrafik nüvənin standart tezliyi 915 MHs-ə bərabərdir. “Nvidia GPU Boost” texnologiyası sayəsində bu göstəricini avtomatik olaraq 1019 MHs-dək artırmaq mümkündür. Yaddaş isə öz növbəsində 6000 MHs tezliyində işləyir. Videokartın enerji sərfiyyatı 300 vatta bərabərdir.

Videokartların məhdud həcmli tədarükünə mayın 3-də, tam həcmdə isə mayın 7-də başlanılacaq. “Asustek”, “EVGA”, “Gainward”, “Galaxy”, “Gigabyte”, “Inno3D”, “MSI”, “Palit” və “Zotac” şirkətləri videokartı  istehsal etməyi planlaşdırırlar. Videokartın qiyməti 999 dollar təşkil edir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL