waplog

Bakı şəhərində kabel xətləri müasir fiber-optik kabellərlə əvəz olunur


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən  əhaliyə göstərilən rabitə xidmətlərinin, o cümlədən  genişzolaqlı internet xidmətlərinin keyfiyyətini daha da artırmaq məqsədilə davamlı olaraq genişmiqyaslı tədbirlər həyata keçirilir. Hazırda bu tədbirlərin tərkib hissəsi olaraq Bakı şəhərində yerləşən  EATS-lərdən paylayıcı telefon şkaflarına qədər 3km və daha artıq məsafədə çəkilmiş mis magistral kabel xətlərinin fiber-optik rabitə kabellərilə  əvəz olunması və məsafənin yaxınlaşdırılması işləri görülür.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə birliyin texniki şöbəsinin rəisi Abbas Əhmədov məlumat verdi. Şöbə rəisinin sözlərinə görə, Xətai TQ-nin xidmət ərazisində-7, Yasamal TQ-də-5, Nizami TQ-də-5, Sabunçu TQ-də-4, Xəzər TQ-də-8 və Qaradağ TQ-də -5 ədəd olmaqla ümumilikdə 34 ədəd  qeyd olunan məsafədə yerləşən mis magistral kabel xətləri mövcuddur.

Artıq Xətai TQ-nin xidmət ərazisində 2 paylayıcı şkafda mis magistral kabellərin  fiber-optik kabellərlə əvəz olunması prosesi başa çatdırılıb. Bununla yanaşı, EATS-lərdən 2 km və daha artıq məsafədə işləyən mis magistral kabel xətlərinin də optik kabellərlə əvəz olunması işləri davam etdirilir.

Belə ki, Yasamal TQ-nin xidmət ərazisində 8 ədəd paylayıcı şkafda bu işlər tamamlanıb.  Sonda A.Əhmədov qeyd etdi ki, hazırda qovşaqlar üzrə əsas işçi qüvvəsi ilə yanaşı, BTRİB-in mütəxəssisləri bu prosesin icrasına cəlb olunub və Bakı şəhərinin rabitə şəbəkəsinin  modernləşdirilməsi sürətlə davam etdirilir.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL