waplog

Müəllimlərə sosial şəbəkələrdə şagirdləri ilə əlaqə saxlamaq qadağan edilib


Nyu-York şəhərinin hakimiyyəti sosial şəbəkələrdən istifadə ilə bağlı məsələlərə aydınlıq gətirib: müəllimlərə “Facebook”, “Twitter”, “YouTube”, “Google+” və “Flickr” kimi xidmətlərdə şagirdləri ilə əlaqə saxlamaq qadağan edilib.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən  bildirir ki, yeni qaydalara əsasən əlaqə saxlamaq üçün yalnız təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş hesabdan və yalnız ixtisaslaşdırılmış platformalar çərçivəsində istifadə etmək olar.

Yenilik təşəbbüskarlarının fikrincə, qoyulmuş məhdudiyyətlər şagirdlərin təhlükəsizliyinin yüksək səviyyəsini təmin etməyə imkan verəcək, müəllim heyətinin işi isə daha şəffaf olacaq.
 


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL