waplog

Naxçıvan MR-də rabitə xidmətlərinin həcmi 6,2 faiz artıb


2012-ci ilin yanvar-mart aylarında Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin həcmi 10486,2 min manat olub ki, 2011-ci ilin müvafiq dövründəki 9874,1 min manatlıq xidmətlə müqayisədə 6,2 faiz çoxdur. Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyindən məlumat verilib.
Ümumi xidmətlərin 8986,8 min manatı və ya 85,7 faizi qeyri-dövlət informasiya və rabitə müəssisələrinin payına düşüb.

Qeyri-dövlət informasiya və rabitə müəssisələrində xidmətlərin həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artıb.

Bu dövr ərzində mobil rabitə xidmətinin həcmi 8978,3 min manat təşkil edib.Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 2012-ci ilin yanvar-mart ayları ərzində 1438,1 min manatlıq rabitə xidməti göstərilib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çoxdur.

Nazirliyin tabeliyində olan strukturlar üzrə 2012-ci ilin yanvar-mart ayları ərzində 616 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,3 faiz çoxdur.

2012-ci il aprelin 1-nə MR üzrə hər 100 ailəyə düşən stasionar telefon aparatlarının sayı 66-ya çatıb. Aktiv istifadə olunan mobil telefonların sayı 427 982 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 102 ədəd olub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL