waplog

Azərbaycan internet məkanında keçirilən ilk eko-oyun davam edir


Azərbaycan internet məkanında keçirilən ilk eko-oyun davam edir "Təmiz Şəhər" ASC gənclər arasında "yaşıl düşüncə" tərzinin inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir.

Səhmdar Cəmiyyətin yaydığı məlumata görə, bu işlərin tərkib hissəsi olaraq hazırda davam etdirilən "Şəhərini təmiz saxla" virtual oyunu Qala qəsəbəsində və İçərişəhərdə tullantıların çeşidlənməsi layihələrinə dəstək olaraq "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb və "yaşıl düşüncə" konsepsiyasının inkişafına dəstək verir. "Şəhərini təmiz saxla" oyununun məqsədi gəncləri sevdiyi məşğuliyyətlərdən ayırmadan maarifləndirmək və düzgün tərbiyələndirməkdir. O

yunun qaydalarına əsasən istifadəçilər üzvi tullantıları yaşıl, qeyri-üzvi tullantıları göy, təhlükəli tullantıları isə qəhvəyi konteynerlərə yerləşdirməlidirlər.

Oyunçu düzgün yerləşdirilən hər tullantıya görə 5 bal qazanır. Ən çox xal qazanan 5 tələbə "Təmiz Şəhər" ASC tərəfindən 4-9 iyul 2012-ci il tarixlərində Şəki şəhərində keçiriləcək "Gənclər Təmizlik Naminə" III yay məktəbinə qatılmaq imkanı qazanacaq.

"Facebook" sosial şəbəkəsindən "https://apps.facebook.com/tamizshahar" linkinə daxil olmaqla oyuna qoşulmaq mümkündür.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL