waplog

Yeni poçt binaları istifadəyə veriləcək


10 may ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə "Azərpoçt" MMC tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə ki, "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarıdır" mövzusunda iclasın keçirilməsi, iş yerlərində ətraf ərazidə abadlıq işlərinin aparılması, yaşıllıq ərazilərdə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bundan başqa əlamətdar gün münasibətilə yeni rabitə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulub.

Belə ki, 3 saylı PF-nin General Şıxlinski küçəsində yeni PŞ binasının, 26 saylı PŞ binasının, 4 saylı PF-nin Hövsan kəndində yeni PŞ binasının açılışı, 5 saylı PF-nin Şıxlar qəsəbəsin¬də yeni PŞ binasının, 6 saylı PF-nin Molla Cümə küçə¬sində yeni PŞ binasının, Masallı PF-nin Qəriblər PŞ binasının istifadəyə verilməsi gözlənilir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL