waplog

“Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall” istifadəyə verildi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak ediblər.Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidentinə və xanımına “Baku Crystal Hall”da görülən işlər, eləcə də müsabiqəyə hazırlıqla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 25 min nəfərlik tamaşaçı yeri  olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir.

Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. “Baku Crystal Hall”un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir.

“Baku Crystal Hall” Prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı Sərəncama əsasən inşa olunmuşdur. Bu il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz “Crystal” sarayında keçirilməsi ilə bağlı qərar qəbul edib.
Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə arasında möhtəşəm qələbə qazanan Azərbaycan 2012-ci ilin mayında bu yarışmanı Bakıda keçirmək hüququ qazanıb.

Özlüyündə böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və iqtisadi əhəmiyyəti ilə daha çox önəm daşıyan bu hadisə göstərdi ki, Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olub. Bu uğurun əhəmiyyətini artıran əsas cəhətlərdən biri də Avropanın musiqi həyatında mühüm hadisə olan “Eurovision”nun tarixdə ilk dəfə Cənubi Qafqazda keçirilməsi ilə bağlıdır.

“Eurovision”nu regiona gətirən Azərbaycan bu uğura müstəqil olduğu 20 il ərzində müsabiqəyə cəmi 4 dəfə qatılmaqla nail olub.
                                      
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL