waplog

Naxçıvan MR-də yeni ATS-lər istifadəyə verilib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində yeni rabitə obyektləri quraşdırılıb.  Belə ki, Babək rayonunun Məmmədrzadizə kəndində və Şahbuz rayonunun Şahbuz kəndində yeni "KAREL DS-200" tipli avtomat telefon stansiyaları istifadəyə verilib.

Nazirliyin Mətbuat xidmətinin yaydığı məlumata görə, Babək rayonunun Məmmədrzadizə kəndində  quraşdırılan 224 nömrəlik yeni ATS Məmmədrzadizə kəndində 46, Qaraqalada 35, Kəlbəorucdizə kəndində isə 85 abunəçiyə xidmət göstərir.

Şahbuz rayonunun Şahbuz kəndində quraşdırılan 192 nömrəlik yeni ATS isə 176 abunəçiyə xidmət göstərir.ATS-lər optik arabağlantılarla mərkəzi stansiyaya qoşulub.

Qeyd edək ki, yeni stansiyaların istifadəyə verilməsi kənd sakinlərinin multimedia xidmətlərindən istifadəsinə şərait yaradacaq.  Belə ki, abunəçilərə nömrə göstərmə, ikinci zəngin qəbulu, məşğul olduqda zəngin yönləndirilməsi, çıxış zənglərinin məhdudlaşdırılması, zəngli saat 1 dəfəlik, konfrans xidmət, narahat etmə və s. kimi xidmətlər göstəriləcək.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL