waplog

“Nar Mobile”-ın dəstəyi ilə növbəti konsert proqramı keçirilib


"Nar Mobile"-ın rəsmi sponsor olduğu "Eurovision Azərbaycan" fan-klubu və Mərdəkanda yerləşən 2 saylı İnternat məktəbinin Nəfəs alətləri orkestri mayın 9-da Bakının mərkəzi - Nizami küçəsində birgə kiçik konsert təşkil ediblər. Konsert zamanı Uşaq nəfəs alətləri orkestri Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "Dostluq" əsərlərini, həmçinin bir sıra, dünyaca məşhur musiqi əsərlərini ifa ediblər. İfalarını "Eurovision" mahnı müsabiqəsinin himni ilə başlayan uşaqlar, daha sonra "Macar Polkası", "Çəhrayı Pantera", "Besamo Mucho", "Qələbə günü", "Katyuşa" və digər əsərləri ifa ediblər.
 
Qeyd edək ki, bundan əvvəl də "Nar Mobile", rəsmi sponsor olduğu "Eurovision Azərbaycan" fan-klubunun təşkilatçılığı ilə Bakı və bölgələrdə də konsertlərə dəstək olub.

"Nar Mobile" brendi ilə tanınan "Azerfon" şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini "3G" texnologiyasına əsaslanan xidmətləri tətbiq edir .


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL