waplog

Ölkələrarası övladlığa götürmə elektron xidmətlərə daxil edilib


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkələrarası övladlığa götürməklə bağlı elektron xidmətini ictimaiyyətin istifadəsinə təqdim edib. Bu barədə “İCTnews.az” elektron xəbər xidmətinə adıçəkilən komitədən məlumat verilib. Belə ki, indi qurumda ölkələrarası övladlığa götürmə proseduru elektron qaydada reallaşdırıla bilər.

Məlumat üçün bildirək ki, komitənin rəsmi internet səhifəsi (http://scfwca.gov.az/) yenilənib. Saytın təhlükəsizliyini artırmaq üçün bir sıra ciddi addımlar atılıb. Bundan əlavə, saytda etik davranış ayrıca bir bölmə kimi yerləşdirilib.

Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yalnız bir elektron xidmət təklif edir. Lakin onların sayının artırılacağı da gözləniləndir.




SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL