waplog

Nəqliyyat vasitələrində bilet satışı elektron formada həyata keçirilir


Nəqliyyat Nazirliyi Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı bir neçə istiqamətdə kompleks tədbirlərin operativ şəkildə həyata keçirilməsinə başlayıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Nəqliyyat Nazirliyindən (NN) məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, digər tədbirlərlə yanaşı, Bakı, Sumqayıt və Gəncə vağzallarında ingilis, rus və Azərbaycan dillərində müvafiq məlumatlar yerləşdirilib, elanların bu dillərdə səslənməsi təmin olunur:  “Vaqonlarda xidmət səviyyəsinin artırılması üçün tədbirlər görülüb. Bilet satışı elektron və nağdsız ödəmələrlə -POS-terminallar vasitəsilə təşkil olunub.

Müvafiq işçilər təlimatlandırılıb, ingilis dili kurslarına cəlb edilib. Dəmir yolu obyektlərində təhlükəsizlik və yanğından mühafizə tədbirləri gücləndirilib”. Nazirlikdə “Mərkəzi qərargah”, Bakı Biznes Mərkəzində “Qərargah” və “Məlumat mərkəzi” (Call Center) də yaradılıb.
 


HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL