waplog

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində elektron xidmətlərin tətbiqi genişlənir


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" respublika prezidentinin 23 may 2011-ci il tarixli Fərmanın icrası ilə əlaqədar, elektron xidmətlərin tətbiqi genişləndirilib. Bu məqsədlə QKDK-nın rəsmi internet səhifəsində (www.scs.gov.az) elektron xidmətlərin sayı hal-hazırda 51-ə çatdırılıb.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Komitədən qeyd edilib ki,  hüquqi və fiziki şəxslərin elektron xidmət müraciətlərinin, hesabların qəbulu, cavablandırılması QKDK-nın rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsi vasitəsilə həyata keçirilir.
 




HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL