waplog

“İKT-yə aid ixtisas seçən oğlan və qızların sayı artmaqdadır”


İKT sahəsində milli kadrların hazırlanması məsələsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “İKT-nin inkişafı naminə insan resursları fondu” yaradılıb. Həmin fond vasitəsilə və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”na uyğun olaraq istedadlı azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində İKT ixtisasları üzrə təhsil almalarına və yüksək texnologiyalar üzrə gənc alim və mütəxəssislərin hazırlanmasına mütəmadi olaraq dəstək verilir.

İndiyədək İKT ixtisasları üzrə təhsil alan 16 qadın tələbəyə dəstək göstərilib. Bunlardan 10 nəfəri təhsilini artıq bitirib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə RİTN-in Məxfi şöbənin müdiri Təranə Səfərova məlumat verib.

Onun sözlərinə görə, dövlət proqramlarında İKT və informasiya təhlükəsizliyi sahələrində müasir ixtisaslar üzrə kadr hazırlığı və ixtisasartırma üçün tədbirlərin görülməsi nəzərdə tutulub: ”Təşviqat işlərinin nəticəsi olaraq artıq İKT-yə aid ixtisas seçən oğlan və qızların sayı artmaqdadır.

Belə ki, 2009-2011-ci illər ərzində informatika və riyaziyyat müəllimi ixtisasları üzrə qızların qəbulu 80 faizdən artıq olub. Kompyuter elmləri, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisaslarına isə qızların marağı artmaqdadır və 37 faiz təşkil edir”.
 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL