waplog

“Eurovision 2012” mahnı müsabiqəsinin yayımının keyfiyyətli təşkili üçün bütün işlər görülüb


Bakı şəhərində keçirilən “Eurovision 2012” mahnı müsabiqəsinin çəkilişinin HD formatlı canlı yayımının təmin edilməsi məqsədilə nəzərdə tutulan avadanlıqlar “Teleradio” İB tərəfindən quraşdırılaraq istismara verilib.

Belə ki, Bakı və Gəncədə (ehtiyat) 3,8 m-lık “Vertex” antenalı “Ku-band Up-link” stansiya və  hər iki stansiyada  HD yayım üçün modulyator – “Up-konvertor”, SD yayım üçün isə Bakıdakı “Up-link” stansiyada modulyator – “Up-konvertor” quraşdırılıb.

Bundan başqa, konsert kompleksində 3,7 m-lik, H və V polyarizasiyalı “Prodolin” qəbul antenası quraşdırılıb. Eyni zamanda, “İctimai” televiziya, Gəncə və Bakı Teleqüllə və “İctimai” TV-də “Netinsight” şirkətinin istehsalı olan 3 dəst “Nimbra” avadanlığı quraşdırılmış, proqramların ötürülməsi üçün fiber-optik  kabel bağlantısı (Teleqüllə, ATS-38, Aztelekom, İTV), (ATS-58, GRTYF) təmin edilib.

Həmçinin 3 dəst “Ewertz”  avadanlığı  Konsert kompleksi, Teleqüllə və İTV-də quraşdırılaraq istifadəyə verilib. Bundan əlavə, Bakı və Gəncə “Up-link” stansiyaları üçün 2 dəst HD enkoder (1+1), “DVB-S/S2 İRD Receiver”, həmçinin, HD TV verici üçün HD enkoder (1+1) avadanlıqları quraşdırılaraq istifadəyə verilib.

Müsabiqənin HD yayımının təmin edilməsi məqsədilə, Almaniyanın “Rohde & Schwarz” şirkətinin istehsalı olan, 48-ci TVK-da işləyən 2,6 kVt-lıq gücə malik, DVB-T standartlı, HD (yüksək keyfiyyətli) yayım formatlı verici Bakı Teleqüllə kompleksində quraşdırılaraq istismara verilib. Nəticədə, “İctimai” televiziyanın proqramlarının yüksəkdəqiqlikli - HD yayımı həyata keçirilməkdədir.

Eyni zamanda, Bakı şəhərində 105 MHs tezliyində işləyən FM verici, yeni HD yayım formatlı FM verici ilə əvəz edilib. Həmin verici vasitəsilə  “Azərbaycan” radiosunun analoq və rəqəmli-HD formatlı, həmçinin “İctimai” radionun rəqəmli - HD formatlı yayımı təmin olunub.

Bundan başqa, avadanlıqların dayanıqlı işini təmin etmək üçün kəsintisiz enerji təchizatının mühümlüyünü nəzərə alaraq mövcud avadanlıqlara əlavə olaraq 2 ədəd 20 kVA 3 fazlı “ONLİNE UPS” (Bakı, Gəncə), 1 ədəd 100 kVA 3 fazlı “ONLİNE UPS” (Bakı) avadanlıqları quraşdırılıb.

Beləliklə də, Bakı şəhərində, “Crystall Hall”-da keçirilən “Eurovision 2012” mahnı müsabiqəsinin çəkilişinin yüksək keyfiyyətlə və kəsintisiz yayımının təşkili üçün bütün lazımi tədbirlər görülüb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL