waplog

“Microsoft”un direktoru 80 düymlü planşetdən istifadə edir


“Microsoft” korporasiyasının icraçı direktoru Stiv Ballmer iş prosesində 80 düym diaqonallı ekrana malik "planşet"dən istifadə edir. Bu barədə “Wired” nəşrinə verdiyi müsahibəsində şirkətin vitse-prezidenti Frenk Şou (Frank Shaw) bildirib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğu Ballmerin kabinetində divardan asılıb və “Windows 8” əməliyyat sistemi ilə işləyir. Ballmer “planşet”dən mobil telefon, kağız bloknot və lövhə əvəzi kimi istifadə edir. “Microsoft” şirkətinin direktoru onun vasitəsilə, həmçinin elektron poçtunu yoxlayır.

Şou bildirib ki, Ballmerin planşeti bir müddətdən sonra satışa çıxarılacaq. Qurğu biznes-istifadəçilər üçün nəzərdə tutulacaq. Onun qiyməti barəsində hələ ki məlumat verilməyib.

EMİL




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL