waplog

Yaponiyada simsiz şəbəkəyə həsr olunmuş sərgi keçiriləcək


30 may-1 iyun tarixlərində Yaponiyanın Tokio şəhərinin  “Tokyo International Exhibition Center” (Tokyo Big Sight) kompleksində informasiya və kommunikasiya texnologiyalarına həsr olunmuş “EXPO COMM WIRELESS JAPAN 2012” sərgi-konfransı keçiriləcək.

Ənənəvi olaraq ildə 1 dəfə keçirilən sərgi-konfrans simsiz şəbəkələrə həsr olunub. Sərgidə internet məhsulları və müxtəlif kompyuter modelləri nümayiş etdiriləcək. Tədbirin əsas kontingenti İT şirkətlərin rəhbərlərindən, proqramçılardan, mobil operatorların nümayəndələrindən və idarəetmə menecerlərindən ibarət olacaq. Sərgidə hər il bir neçə ölkədən təqribən 380 şirkət iştirak edir. 

Tədbir çərçivəsində mütəxəssislər simsiz texnologiyalar, eləcə də prioritet və perspektiv istiqamətlərdə gündəmdə duran aktual məsələləri müzakirə edəcəklər. “EXPO COMM WIRELESS JAPAN 2012” dünyada İKT sahəsində xüsusi əhəmiyyətə və geniş auditoriyaya malik tədbirlərdən hesab olunur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL