waplog

Stiv Cobsun xidməti məktubu hərraca çıxarılıb


“Apple” şirkətinin gələcək baş direktoru Stiv Cobs tərəfindən 1974-cü ildə tərtib edilmiş xidməti məktub “Sotheby's” hərracına  çıxarılıb. Qeyd edim ki, Stiv Cobs 1974-cü ildə “Atari” şirkətində işləyirdi.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, məktub 4 vərəqdən ibarətdir və “Atari” şirkətinin əməkdaşı Stiv Bristova ünvanlanmışdı. 1974-cü ildə 19 yaşlı Cobs sənəddə onun fikrincə, “World Cup Football” oyununda tətbiq edilməsi mümkün olan təkmilləşdirmələri təsvir etmişdi. “World Cup Football” oyun avtomatları üçün nəzərdə tutulmuşdu.

Məktubu 10-15 min dollar həcmində qiymətləndiriblər. Hərrac iyunun 15-də olacaq.Məlumat üçün bildirim ki, Stiv Cobs “Atari” şirkətinə təxminən 1974-cü ildə daxil olub və “Apple Computer” şirkətinin əsası qoyulana kimi orada işləyib. O, “Atari” şirkətində texnik vəzifəsində işləyib.
 


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL