waplog

İstehlakçılar televizorlarını tez-tez dəyişdirirlər


"NPD DisplaySearch" tədqiqat şirkətinin hesabat məlumatlarına əsasən, son il ərzində dünyada televizorların dəyişdirilməsi dövrü 8,4-dən 6,9 ilə qədər azalıb, yəni istehlakçılar hazırda köhnə televizorlarını yenisi ilə tez-tez dəyişdirirlər.

Bu tendensiya bir neçə səbəblə (televizorların qiymətlərinin aşağı düşməsi, məhsul çeşidinin çoxalması, həmçinin "HDTV" və "3D" kimi yeni texnologiyaların geniş yayılması) bağlıdır.

"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, tədqiqat dünyanın 13 ölkəsində keçirilib. Ekspertlər müəyyən ediblər ki, 31 faiz insan gələn il ərzində yeni televizor, 22 faiz isə əlavə televizor almağı planlaşdırır.

Bir çox ölkələrdə istehlakçılar köhnə televizoru yenisi ilə dəyişməyin əsas səbəbi kimi böyük ekrana malik qurğu almaq, kineskop televizoru (elektron şüa borusu, CRT) yastı panelə dəyişmək və bununla da təsvirin keyfiyyətini yaxşılaşdırmaq istəyi ilə izah ediblər.
 
EMİL


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL