waplog

“Azərkosmos” ASC-nin əməkdaşları xaricdə seminarlarda iştirak edir


“Azərkosmos” ASC-nin Aşağıorbitli peyk sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi İslam Əlizadə Latviya Respublikasının Riqa şəhərində, “Qlobal naviqasiya peyk sistemlərinin tətbiqi” mövzusunda keçirilmiş seminarda iştirak edib.

BMT-nin Kosmik Məsələlər üzrə Ofisi (OOSA) və Latviya Kartoqrafik İnformasiya Agentliyi (LGIA), o cümlədən Avropa Kosmik Agentliyi (ESA) və Qlobal Naviqasiya Peyk Sistemlərinin Beynəlxalq Komitəsi  tərəfindən təşkil edilən seminarda naviqasiya sistemlərinin mülki təyinatlı mühüm tətbiq sahələrindən olan aviasiya və dənizçilik, xəritəçəkmə, məsafədən zondlama və fövqəladə halların aşkarlanması və idarə olunması kimi bir sıra aktual məsələlər müzakirə olunub.

“Qlobal naviqasiya sistemləri istifadəçilərinin yenilikləri və təcrübəsi” sessiyanın məruzəçisi kimi çıxış edən və Azərbaycanın GNSS texnologiyalarına əsaslanan peyk layihələri barədə iştirakçılara ətraflı məlumat verən İslam Əlizadənin “Azərspace-1” peyki haqda təqdimatı və gələcək peyk layihələri barədə çıxışı maraqla qarşılanıb.



RƏVAN
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL