waplog

Minskdə xüsusi rabitə sahəsində müzakirələr aparılacaq


İyunun 7-dən 8-dək Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi  ölkələrinin Xüsusi Rabitə Xidmətləri üzrə Koordinasiya Şurasının iclası keçiriləcək. İclasda ölkəmizi “Azərpoçt” MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəis müavini Məmməd Əsgərov təmsil edəcək.

Müəssisədən verilən məlumata görə, əhəmiyyətli tədbirlərdən hesab olunan bu iclasda  poçt rabitəsi, xüsusilə də xüsusi rabitə sahəsində əldə edilən nailiyyətlər, poçt göndərişlərinin məxfiliyinin qorunması, onların vaxtında, itkisiz çatdırılması, zədələnmələrin qarşısının alınması müzakirə olunacaq.

Nümayəndəmiz bu mötəbər tədbirdə ölkəmizdə sahə üzrə qazanılan uğurları nümayiş etdirməklə yanaşı, gələcək perspektivləri də diqqət mərkəzinə çatdıracaq.



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL