waplog

Lənkəran kəndləri sürətli internetə qoşulub


Bu gün 211 mindən çox əhalisi olan Lənkəranda 50 minə yaxın internet istifadəçisi var. Bu barədə “İCTnews”  elektron xəbər xidmətinə Lənkəran Telekommunikasiya qovşağının rəisi Camal Əkbərov məlumat verib. Onun sözlərinə görə, əvvəllər internet istifadəçilərinin sayı 10-15 min, bir neçə il əvvəl isə 20-25 min nəfər idi. Bunlar əsasən dial-up istifadəçiləri idi.

C.Əkbərov bildirib ki, hazırda rayonda 5 min abonent birbaşa, 1300-ə yaxın abonent isə genişzolaqlı internet xidmətindən istifadə edir. Hazırda Lənkəranın 20-yə yaxın kəndində genişzolaqlı internetə çıxış təmin edilib ki, bu da abunəçilərin sayının bir qədər də artacağını deməyə əsas verir.

Qeyd edək ki, Lənkəran rabitə şəbəkəsi eyni zamanda qovşaq tipli olmaqla ətraf rayonların şəhərlərarası və beynəlxalq danışıqlarının emalı prosesini həyata keçirir.



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL