waplog

25 yaşlı “Macintosh II” kompyuteri


“Apple” şirkətinin istehsalı olan “Macintosh II” kompyuteri bu gün 25 yaşını qeyd edir. Bu hazırlama ilk kütləvi populyar  kompyuterlərdən biri olub və hazırda mövcud olan stolüstü fərdi kompyuter konsepsiyasının əsasını qoyub.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 1987-ci ilin iyununda istehsal edilmiş müasir aypadın ulu babası o vaxta görə çox güclü konfiqurasiyaya malik idi: 16 MHs takt tezliyində işləyən “Motorola 68020” mərkəzi prosessoru, 68 meqabayt əməli yaddaş ilə təchiz olunmuşdu. “Mac II” kompyuterində istifadə edilən sərt disklərin tutumu 40-80 meqabayta bərabər idi. Kompyuterin qiyməti 5000 dollar təşkil edirdi.

Məlumat üçün bildirim ki, “Mac II” kompyuteri “alma” şirkətinin tarixində açıq arxitekturalı ilk kompyuter idi, belə ki, istifadəçi sistem bloka müdaxilə edə, sərt diski dəyişdirə, əməli yaddaşı artıra bilərdi. Bu, o dövr üçün yenilik idi.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL