waplog

İnsanların cinsini və yaşını təyin edən televiziya qurğusu istehsal ediləcək


“İntel” şirkəti televiziya tamaşaçıları haqqında məlumat toplayan televiziya qurğusu hazırlayır. Bu barədə şirkətin planları ilə tanış olan mənbələrə istinadən “Reuters” yazıb.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğu ona quraşdırılmış kamera vasitəsilə ekran qarşısında əyləşmiş insanın cinsini və təxmini yaşını təyin edə biləcək. Bu məlumatlar tamaşaçılara hədəflənmiş reklam nümayişində istifadə ediləcək. Qeyd edək ki, qurğu məlumatları qeydə almayacaq.

“İntel” şirkətinin televiziya qurğusunu 2012-ci ilin sonuna kimi təqdim edəcəyi gözlənilir.Şirkət onun əsasında ayrıca televiziya xidməti istifadəyə verməyi planlaşdırır. Tamaşaçılar bu xidmət sayəsində ödəmə etməklə bu və ya digər verilişlərə baxa biləcəklər.
 



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL