waplog

Daşkəsəndə rabitə bərpa edilib


Daşkəsən rayonuna yağan intensiv yağış və dolu bölgədə bir çox sahələr kimi, rabitə sahəsinə də müəyyən ziyan vurub. Problem rayonun Xoşbulaq adlanan ərazisində daha çox müşahidə olunub. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev də ərazidə olub.

Daşkəsən TK-dən verilən məlumata görə, bölgədə yağışların yağması intensiv xarakter daşıyır və bu təbii fəlakət rabitə sahəsinə müəyyən qədər ziyan vurub. Telekommunikasiya qovşağından onu da bildirdilər ki, hazırda rayonda kəndlərlə rabitə sahəsində heç bir problem yoxdur, xətt zədələnməsi ilə qeydiyyata alınan problemlər aradan qaldırılıb.

Qeyd edək ki, baş verən təbii fəlakət nəticəsində rayonda sosial və iqtisadi sahələrə, şəxsi təsərrüfatlara bir çox ziyan dəyib. Rayonla kəndlər arasında  magistral yolda hərəkətdə problem yoxdur.



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL