waplog

YUNESKO-nun İKT üzrə nümayəndəsi Azərbaycana gələcək


YUNESKO-nun Broadband komissioneri, informasiya- kommunikasiya texnologiyalarının inkişafı üzrə ali müşaviri, səfir Valter Fust iyunun 27-30-da Bakıda səfərdə olacaq.

Səfər zamanı Azərbaycanın İsgəndəriyyə Kitabxanası ilə əməkdaşlıq, Mədəniyyətlərarası Dialoqdakı fəaliyyət, Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıq müzakirə ediləcək.

Frustun səfər çərçivəsində, həmçinin Kooperasiya Universitetinin rəhbərliyi ilə keçirilən konfransda çıxış etməsi, müxtəlif nazirliklərin rəhbərləri və gənclərlə görüşü planlaşdırılıb.

İKT üzrə ali ekspert Azərbaycan Gənc Səfirlər Assosiasiyası, “Azercell”, “ATL Consulting”, “Sazz İnternet” şirkətlərinin rəhbərləri ilə də görüşəcək.

Qeyd edək ki, səfər Azərbaycan Kooperasiya Universitetinin və Avrasiya Dialoqu Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL