waplog

“Bakcell” ADA ilə əməkdaşlığa başladı


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti böyük məmnuniyyətlə Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə əməkdaşlığa başladığını elan edir. İlkin mərhələdə “Bakcell” əməkdaşları ADA tərəfindən təşkil olunmuş “İşçi seçimi üçün müsahibələrin keçirilməsi” mövzusunda təlimdə iştirak ediblər.

Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, təlim ABŞ-ın kadrlar və xüsusilə işə qəbul üzrə aparıcı mütəxəssislərindən olan Daniel Nagi tərəfindən keçirilib. Burada iştirakın əsas məqsədi çoxlu sayda insanın işə qəbulu zamanı müsahibə prosesində yaxından iştirak edən “Bakcell” əməkdaşlarının kritik idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlim, sonradan özünü “səmərəsiz işçi” kimi göstərən əməkdaşların işə qəbuluna yol verilməməsi və yüksək göstəricilər nümayiş etdirən əməkdaşların seçilməsi baxımından “Bakcell” üçün faydalı olacaq.

Şirkətin Korporativ Satış, Maliyyə, Kadrlar, Əsas Şəbəkə, Xidmət və Məhsulların İnkişaf etdirilməsi, Giriş Şəbəkəsi, Pərakəndə Satış və Distribüsiya, Marketinq və Müştəri Xidmətləri şöbələrinin 10 nəfər əməkdaşı “real namizəd”in seçilməsinə dair müvafiq vasitə və üsulları əldə etmək haqqında biliklərini möhkəmləndiriblər. Bu sistem seçim prosesində birbaşa iştirak edən kadrlar üzrə mütəxəssislər və rəhbərlər tərəfindən istifadə olunur. İştirakçılara dünyada tanınmış şirkətlərin ideya və təcrübələri haqqında geniş məlumat verilir. 

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL