waplog

“İntel” korporasiyasına qarşı ittifaq yaradılıb


Dünyada ən böyük prosessor istehsalçılarından biri olan “AMD” (Advanced Micro Devices) şirkəti “HSA” (Heterogeneous Systems Architecture Foundation) qeyri-kommersiya təşkilatının yaradılması haqqında məlumat verib. Təşkilatın əsas vəzifəsi hibrid sistemlər və onlarla bağlı texnologiyalar üçün standartların hazırlanması olacaq. Bu barədə şirkətin press-relizində qeyd edilib.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, konsorsiuma “AMD”-dən başqa, “ARM”, “Texas Instruments”, “Imagination” və “MediaTek” şirkətləri də daxildir. İttifaq “x86” arxitekturasında çip istehsalçısı “İntel” korporasiyasına qarşı yönəlib.
 





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL