waplog

Əfqanıstan Azərbaycanın İKT sektorundakı təcrübəsindən faydalanmaq niyyətindədir


Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Əfqanıstanın İnzibati İslahatlar Katibliyinin baş direktoru Seyid Zabiullah Savayzın başçılıq etdiyi əfqan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə  Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda rabitə sahəsində görülən işlər barəsində məlumat verib. O bildirib ki, qısa zaman kəsiyində ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb: «Ölkəmiz ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda  rabitə sistemi yenidən qurulub. Ölkə ərazisində yeni texnologiyaların tətbiqi üçün ardıcıl və məqsədyönlü işlər görülür.

2009-cu ildən Azərbaycanda "3G" texnologiyası tətbiq olunur, "4G" texnologiyasının tətbiqi istiqamətində həyata keçirilən işlər daha da sürətləndirilib".

Öz növbəsində Seyid Zabiullah Savayzın bildirib ki, Əfqanıstan Azərbaycanın İKT sektorunda əldə etdiyi uğurlu təcrübədən faydalanmaq niyyətindədir. "Əfqanıstan hökuməti məmurların kompyuter biliklərinin artırılması üçün Azərbaycanla əməkdaşlq etməyə maraqlıdı".

İltimas Məmmədov  Azərbaycanın  əfqan kadrlarının hazırlanmasında yardımçı ola biləcəyini bildirib: «Kadrların hazırlanmasında uzunmüddətli və qısamüddətli kursların keçirilməsini təşkil edə bilərik. Bundan başqa, Azərbaycan şirkətləri proqram məhsulları ilə, eləcə də ölkədə istehsal olunan kompyuter avadanlıqları ilə Əfqanıstana kömək edə bilər».

Sonda Seyid Zabiullah Savayz Azərbaycanın sektor üzrə  böyük nailiyyətlər əldə etdiyini bildirərək təklifləri ümumiləşdirib, Əfqanıstan hökumətinə təqdim edəcəyini söyləyib.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL