waplog

“Nokia” Bakıda maraqlı viktorina keçirib


“Nokia”nın Azərbaycanda rəsmi nümayəndəsi olan “MobiTel” şirkəti, “JWT Azerbaijan” reklam agentliyinin təşkilatçılığı ilə “Park Bulvar”da “Lumia” seriyalı smartfonlara həsr olunmuş şou xarakterli viktorina təşkil  edib. 
 “Nokia Lumia” ilə bacararsan?” adlı yarışma iştirakçılara 100 manat məbləğində pul mükafatı vəd edirdi. 6 saat ərzində yarışmada bir çox adam iştirak edib və əylənib.

“Nokia Lumia 900” smartfonuna sahib olan “MobiTel”in nümayəndəsi ilə yarışan iştirakçılar müəyyən tapşırıqlar yerinə yetiriblər. Tapşırıqlar hər gün istifadə etdiyimiz sadə və lazımlı funksiyalardan ibarət olub – dostuna sms yazmaq, “Facebook” profilinə şəkil yükləmək, bloklaşdırılmış vəziyyətdən tez şəkil çəkmək, sayılan saniyələr ərzində internet brauzerdə video izləmək və s.Yarışma pozitiv emosiyalar, uduşlar və bol əyləncə ilə yadda qalıb.





RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL