waplog

Azərbaycan Prezidenti dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsilə bağlı Fərman imzalayıb


Azərbaycan Respublikası  Prezidenti İlham Əliyev dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, iki ay müddətində dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələblərin  müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Nazirlər Kabinetinə tapşırılır.

İnternet informasiya ehtiyatlarını və elektron poçt ünvanlarını Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılır və Azərbaycan Respublikası Milli Məclisinin Aparatına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Apelyasiya məhkəmələrinə tövsiyə edilir.

Fərmanda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilən internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli və görülən işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL