waplog

DSMF yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə keçirir


Dövlət Sosial Müdafiə Fondu yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, müsabiqə DSMF-nin 20 illik yubileyinin keçirilməsi ilə bağlı “Tədbirlər planı”na uyğun olaraq keçirilir.

Loqonun hazırlanması ilə əlaqədar müsabiqənin təşkil olunması məqsədilə adıçəkilən fondun sədri Səlim Müslümovun əmri ilə DSMF-də xüsusi  komissiya yaradılıb.

Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondu haqqında “Əsasnamə”yə uyğun  olaraq fondun fəaliyyət istiqamətlərini özündə əks etdirən loqo işləyib hazırlamalı və 15 sentyabr 2012-ci il tarixə kimi komissiyaya təqdim etməlidirlər.Müsabiqədə I yeri tutan qalib 1000 (bir min) manat məbləğində pulla mükafatlandırılacaq.




SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL