waplog

“Apple”-ın əməkdaşı “iPad” planşetini milliyyətcə ərəb olan qıza satmayıb


 Alfaretta (ABŞ, Corciya ştatı) şəhərində “North Pointe Mall” ticarət kompleksində yerləşən “Apple Store” mağazasında “iPad” planşet kompyuterini Sahar Sabet adlı 19 yaşlı qıza satmaqdan imtina ediblər. Buna səbəb qızın mağazada dayısı ilə fars dilində danışması olub.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən  bildirir ki, Sahar Sabet ABŞ-ın tamhüquqlu vətəndaşıdır və hazırda Corciya Universitetində oxuyur. Qız baş vermiş hadisə ilə bağlı bunları bildirib: "Çox pis oldum, mağazanı göz yaşları içərisində tərk etdim".

“Apple” şirkətinin rəsmi siyasəti şirkətin əməkdaşlarına müəyyən bir milliyyətə məxsus insanlara xidmət etməmək hüququ verir. “Apple”-ın istənilən mağazası xidmət göstərməkdən, həmçinin ABŞ-ın iqtisadi sanksiya tətbiq etdiyi ölkələrə elektronika satmaqdan imtina edə bilər. Hazırda İran da belə ölkələr siyahısına daxildir.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL