waplog

Gəncədə işıqforların sayı artırılacaq


Gəncədə yeni işıqforlar qurulur. Gəncə Siqnal İdarəsindən verilən məlumata əsasən, şəhərdə 6 işıqfor dəyişdirilərək yeniləri ilə əvəzlənib. Bu işin hazırda da davam olunduğu bildirilir.

Qurumdan verilən məlumata görə, şəhərdə avtomobillər çoxaldığı üçün bir neçə yolayrıcısında da yeni işıqforların quraşdırılması nəzərdə tutulur. İşıqforların dəyişdirilməsi yekunlaşdıqdan sonra onlara elektron sayıcı tablo yerləşdiriləcək.

Qeyd edək ki, Gəncədə hazırda 36 yol ayırıcısında işıqforlar fəaliyyət göstərir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL