waplog

Azərbaycanda distant təhsil formasının tətbiqi genişləndirilir


Azərbaycanda distant təhsil formasının tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş "Formal təhsilin təşkili Qaydaları"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

"ICTnews" elektron xidmətinin Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən, evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili  əyani forma ilə yanaşı, distant formada da təşkil olunacaq. Qeyd edək ki, indiyə qədər, evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili  yalnız əyani formada həyata keçirilirdi.







CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL