waplog

İKT-nin dövlət qulluğunda tətbiqi


Cari il, 22 iyun tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Akt Zalında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Qulluqçularının Peşə Bayramı Gününə və Beynəlxalq Dövlət Qulluğu Gününə həsr olunmuş “Azərbaycan Respublikasında dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirib.

  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından “İCTnews” elektron xəbər xidmətinə məlumata görə, konfransda DQMK-nin əməkdaşları, DİA-nın professor–müəllim heyəti və müdavimləri, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarının məsul işçiləri iştirak edib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanda dövlət qulluğu tarixindən danışaraq qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra dövlət qulluğu sistemi və onun hüquqi bazası formalaşdırılıb.

“Dövlət qulluğu: 2007-2012-ci illər – nailiyyətlər və hədəflər” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov qeyd edib ki, ilk dəfə “dövlət qulluğu” anlayışı Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsi ilə qəbul edilən Konstitusiyada öz əksini tapıb.

Qeyd edilib ki, ölkəmizdə aparılan dövlət qulluğu siyasətinin əsas qayəsini ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaları səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması təşkil edir.

Belə bir korpusun formalaşdırılması üçün dövlət qulluğuna qəbulla bağlı tətbiq edilən yeniliklərdən danışan natiq gənclərin dövlət qulluğuna cəlb edilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və uğurla həyata keçirilən “Elektron Azərbaycan” Dövlət Proqramı, İKT-nin dövlət qulluğunda tətbiqinin əhəmiyyəti və bu sahədə Komissiyanın gördüyü işlər, o cümlədən də dövlət qulluqçularının İKT sahəsində təlimlərə cəlb edilməsi barədə gördüyü işlər barədə məlumat verib.

Sonra Akademiyanın I prorektoru professor Əlikram Abdullayev “Dövlət orqanlarının kadr potensialı milli təhlükəsizlik amili kimi”, Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının dosenti Ağamehdi Mehdiəliyev “Dövlət qulluqçusu yeni informasiya məkanında” mövzularında çıxış edib, dövlət qulluğunda rast gəlinən problemlər və onların həlli yolları barədə konfrans iştirakçıları ilə öz fikirlərini bölüşüblər.

Konfransda Akademiyanın təhsil portalının təqdimatı da olub. Konfransın sonunda BMT-nin İctimai İnformasiya Departamentinin nümayəndəsi Envera Səlimoviç çıxış edərək gənclərin dövlət qulluğuna cəlb edilməsi ilə bağlı görülən işləri təqdirəlayiq hal kimi qiymətləndirilib.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL