waplog

“BestComp Group” “Cisco” şirkətinin Azərbaycanda ən yaxşı premyer partnyoru elan edilib


“BestComp Group” şirkəti 7 iyun 2012-ci ildə Moskvada keçirilən “Cisco” şirkətinin MDB ölkələrindən olan premyer partnyorlarının konfransında ən yaxşı premyer-partnyor elan edilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “BestComp Group”un məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, 2006-cı ildə şirkət biznes-partnyor olmuş və bir çox illər ərzində “Cisco” şirkəti ilə uğurla əməkdaşlıq etməkdədir.

“BestComp Group” şirkəti “Cisco” avadanlığının istifadəsi ilə mürəkkəb inteqrasiya layihələrinin həyata keçirilməsində geniş praktik təcrübəyə malikdir. Bu həllərin uğurlu inkişafına və yüksək satış səviyyəsinə təsir göstərən amillərdən biri şirkətin nüfuzlu səriştə və ixtisaslaşma səviyyəsinə malik olması, müştərilərin müsbət rəyləri, həmçinin mütəmadi həyata keçirilən birgə marketinq fəaliyyətləridir.

“Cisco” məhsulları bazarın müxtəlif sahələrində fəaliyyət göstərən korporativ müştərilər tərəfindən kompyuter şəbəkələrinin yaradılması üçün istifadə edilir və bu əməyin məhsuldarlığının artırılmasına, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə və müəssisənin rəqabət qabiliyyətinin artırılmasına səbəb olur.

1995-ci ildə yaradılan “BestComp Group” şirkəti Cənubi Qafqazda ən qabaqcıl İKT şirkətlərindən biridir. Dünyanın bir çox aparıcı şirkətləri ilə İKT sahəsində əməkdaşlıq edən “BestComp” şirkəti fəal distribüterlik, korporativ sifarişçilər üçün əhəmiyyətli biznes İKT həllərinin hazırlanması və tətbiqi, kommunikasiya şəbəkələrinin yaradılması, fasiləsiz enerji təchizatı sistemlərinin qurulması və kompyuter texnikasının pərakəndə satışı ilə məşğuldur.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL