waplog

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : “Güclü kosmik sənayenin yaranmasına nail olacağıq”


İKT sektorunun inkişafı ilə bağlı burada məruzə edildi. Bu sahəyə biz çox böyük diqqət göstəririk. Həm MDB, həm də dünya miqyasında götürsək, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı çox böyük addımlar atılmışdır. Burada deyilən rəqəmlər onu göstərir ki, biz dünya miqyasında da qabaqcıl ölkələr sırasındayıq. Azərbaycanda süni telekommunikasiya peykinin orbitə çıxarılması da tarixi hadisə olacaq və burada nazir məlumat verdi. Biz indi çalışırıq ki, birinci peykin buraxılması ilə məhdudlaşmayaq. İkinci peykin orbitə buraxılması layihəsi də işlənilir. Bütövlükdə bu sahədə indi bizdə təcrübə yaranır. Xarici mütəxəssisləri də cəlb etmişik. Aparıcı xarici şirkətlərlə işləyirik və Azərbaycanda güclü kosmik sənayenin yaranmasına nail olacağıq.
 

 

 

 

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışından
 

10.06.2011



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL