waplog

İstehsalat prosesləri avtomatlaşdırılır


"Azneft" İstehsalat Birliyinin tikinti obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması işləri davam edir. Növbəti  "Bibiheybətneft" NQÇİ-nin 3 saylı neft-qazçıxarma sexi üzrə lay məhsullarının yığım-nəql sistemlərinin tikintisi, sahənin abadlaşdırılması" obyektində müasir informasiya texnologiyaları və rabitə kommunikasiya elementləri bazasında yaradılmış texnoloji proseslərə avtomatik nəzarət və idarəetmə sistemi işə salınaraq neftçilərin istismarına verilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə birliyin məlumatında deyilir.Məlumatda qeyd olunur ki, sistem vasitəsilə rezervuarlarda mayenin səviyyəsinə və təhvil verilən məhsulun miqdarına, təzyiqlərə, temperaturlara elektron analoq və rəqəmsal cihazlar vasitəsilə nəzarət olunur, məlumatlar operator otağında kompyuterdə mnemosxemdə rəqəm və qrafiklər şəklində əks olunur, arxivləşdirilir.

Rezervuar parkında yanğın təhlükəsizliyinə yüksəksəviyyəli, müasir analoq-rəqəmsal elektron yanğından mühafizə sistemi vasitəsilə nəzarət olunur.  Avtomatik yanğınsöndürmə sistemi fasiləsiz gözləmə rejimindədir. Sistem heyətin əmək və obyektin texniki təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL