waplog

Macarıstanda Şuşa şəhərinin işğalının 20 illiyi ilə bağlı xatirə markası buraxılıb


Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macar Poçtu qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi münasibəti ilə xatirə markası buraxıb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin rəsmi  internet səhifəsində məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycanın dövlət rəmzlərinin – bayraq və gerbin də   yer aldığı xatirə markasında Şuşanın yarıuçulmuş Gövhər ağa məscidinin minarəsi və qala divarları öz əksini tapıb. Markada Azərbaycan, macar və ingilis dillərində "Şuşa şəhərinin Ermənistan tərəfdən işğalının 20-ci ildönümü" sözləri yazılıb. Markanın içərisinə qoyulduğu bukletdə isə tarixi Azərbaycan şəhəri Şuşa haqqında hər üç dildə qısa məlumat və erməni  vandalları tərəfindən tar-mar edilmiş şəhərin panoramı verilib.

Xatirə markasında Azərbaycan milli ornamentlərindən və naxışlardan məharətlə istifadə olunub.Xatirə markası macar və digər Avropa ölkələrinin parlamentarlarına, siyasi və ictimai xadimlərə, mətbuat nümayəndələrinə göndərilib. Onun bir hissəsi isə filatelistlər arasında yayılacaq.
 
CAHANGİR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL