waplog

Jennifer Lopez, Rianna və Şakiranın Bakı konsertlərinin biletlərinin onlayn satışına başlanılıb


Dünya pop-musiqisinin üç ulduzunun Bakı konsertlərinə biletləri internetdə satışa buraxılıb.Bakıda "Crystal Hall"da solo-konsertləri təşkil olunacaq dünya şöhrətli müğənnilər Jennifer Lopez, Rianna və Şakiranın biletlərinin satışına start verilib.

Təşkilatçı şirkətin yaydığı məlumata görə, biletləri " www.omnikomo.com " saytından əldə etmək olar. İyunun 25-dən satışına başlanan biletlərin qiyməti 35-230 avro arasındadır.Yerindən asılı olaraq biletlərin qiyməti - 230, 155, 125, 80, 35 avro arasında dəyişir.

Xatırladaq ki, dünya şöhrətli ulduzlar Jennifer Lopez sentyabrın 23-də, Rianna oktyabrın 6-da, Şakira isə oktyabrın 14-də "Crystal Hall" konsert zalında çıxış edəcəklər.
Konsertlərin təşkilatçısı "Universal Music Group" şirkətinin Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkətidir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL