waplog

“Bakcell” abunəçiləri Cennifer Lopezin ifasını canlı izləmək şansı qazanacaq


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan “Bakcell” şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

“Sür@” ticarət nişanı altında ölkədə ən mükəmməl “3G” mobil internet təcrübəsini təklif edən “Bakcell” şirkəti böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyasını elan edir. Futbolsevərlərə müjdəli kampaniyaya start verən “Bakcell” sentyabr ayının 22-si Bakıda başlayacaq olan 17 yaşına qədər qadınlar arası FİFA U-17 turnirinin açılışına bilet qazanmaq imkanı yaradır.

Yarışın açılışına bilet əldə etmək və dünyaca ünlü cənubi amerikalı ulduz Cennifer Lopezin ifasını canlı olaraq izləmək üçün sadəcə olaraq balansınızı artırmaq lazım olacaq. İyul ayının 1-dən sentyabrın 15-dək davam edəcək kampaniya çərçivəsində bu dövr ərzində balansına 10 AZN yükləyən hər bir “Bakcell” abunəçisi gündəlik oynanan 55 biletdən birini əldə etmək və yarışın açılışına bilet qazanmaq imkanı əldə edəcəkdir.

Biletləri qazanan abunəçilər sms vasitəsilə məlumatlandırılacaqlar. Biletləri yalnız “Bakcell”in Nizami küç. 83-də yerləşən mağazasından əldə etmək olacaq.  

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL