waplog

Samuxun bütün kəndlərində sürətli internetə çıxış təmin olunur


Samux rayonunun bütün kəndlərində sürətli internetə çıxış təmin olunur. Samux Telekommunikasiya Qovşağının rəisi Ələsgər Əliyevin “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, rayonda 17 kənd ATS-nin 14-də genişzolaqlı internetə çıxış təmin edilib.

Yaxın vaxtlarda Poylu, Qırmızı Samux, Burunqovaq, Yenikənd kəndlərində də sürətli internetə çıxış təmin ediləcək. Hazırda bu istiqamətdə işlər aparılır. Rayonda “aztelekom.net” internet provayderi ilə yanaşı, bütün özəl provayderlərdə də bərabər şərait yaradılıb.

“Əgər 2011-ci ilin iyul ayına qədər Samux TKQ üzrə cəmi 16 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edirdisə, bu gün artıq rayonda  bu rəqəm 624-dür.

Hazırda “Aztelekom” İB-nin internetin inkişafı konsepsiyasına uyğun olaraq bu istiqamətdə tədbirlər görülür və digər kəndlərdə də bu xidmətlərin təşkil edilməsi təmin edilir”- deyə Ələsgər Əliyev qeyd edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL