waplog

“Sabun köpüyü” səthində ultra-nazik üçölçülü ekran yaradılıb


"Sabun köpüyü" səthi üzərində ultra-nazik üçölçülü ekran yaradılıb. İstehsalçıların bir-biri ilə rəqabət edərək ultra-nazik qurğular yaratdığı bir zamanda, yapon alimləri nazik ekran yaradılması probleminə başqa tərəfdən yanaşıblar. Tokionun  "Karneqi-Mellon" və "Tsukuba" universitetlərinin üç alimi kolloid ekranın texnologiyasını icad ediblər.

"ICTnews" elektron xəbər xidmətinin "http://it-news-world.ru/"  saytına istinadən verdiyi məlumata görə, xüsusi mayedən istifadə etməklə, alimlər sabun qabarcığına bənzəyən membran yaradıblar. Mayenin şəffaflığını və rəngini dəyişən ultrasəs  vibrasiyanın köməyi ilə onlar membran səthində təsvirlər yaratmağı öyrəniblər.

Üçölçülü şəkillərin əks olunması üçün bir neçə belə ekran istifadə edilir.Tədqiqatçılar bildiriblər ki, ultrasəs dalğaları və ultra-nazik membrandan istifadə real, canlı və parlaq görüntü yaratmağa imkan verir. Onlar tədqiqatın bəzi nəticələrini izahlarla videoklip şəklində internetdə yerləşdiriblər.

Artıq alimlər membranı o qədər gücləndiriblər ki, xarici obyektlər onun strukturunu dağıda bilmir. Hesab olunur ki, kolloid ekran rəssamlar tərəfindən öz işlərinin reallığının təmini üçün və ya əyləncə, eləcə də informasiya sahələrində istifadə edilə bilər.






HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL